SumgaitLibrary

+994 186520087


Səyyar sərgi

24.06.2018-ci il tarixində Gənclər kitabxanasının qarşısında gənclərin mütaliəsi, dünyagörüşünün formalaşması, qlobal informasiya mühiti ilə səmərəli təması proseslərinin inkişaf etdirilməsi məqsədilə "Oxuyaraq dünyamızı, tariximizi və özümüzü kəşf edək” adlı səyyar sərgi təşkil edilmişdir. Sərgidə Azərbaycan tarixinə, coğrafiyasına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrimizə,İslam dininə və müxtəlif dinlərə, Qarabağın tarixinə və probleminə dair Azərbaycan, rus və dünya klassiklərinin və müasir yazıçıların əsərlərindən ibarət 150-ə qədər nəşr nümayiş etdirilmişdir.