SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Səhərcik
22.06.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında “Yay Məktəbi”nin açılışı ilə əlaqədar səhərcik keçirilmişdir. Mərkəzi Uşaq Kitabxanası İngilis Dili Mərkəzi ilə birgə yay aylarında oxucuların asudə vaxtının səmərəli təşkili, uşaqlarda yaradıcı fəallığın, əmək vərdişlərinin, dərketmə qabiliyyətinin, təhsilə və ictimai vəzifələrə sayıq münasibətin, uşaq və yeniyetmələrdə oxu mədəniyyətinin inkişafına kömək, eləcə də kitabxanaya yeni oxucuların cəlb edilməsi məqsədilə “yay məktəbi” təşkil edilmişdir. “Kitaba tətil yoxdur” adlı tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Nailə Tağıyeva gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, mədəni vəIntellektual səviyyəsinin formalaşmasında, hərtərəfli inkişafında bəşəriyyətin etibarlı yaddaşı hesab edilən kitabxanaların danılmaz rolu haqqında danışaraq mütaliəni insanın dünyagörüşünün,elmi biliklərinin, həyat təcrübəsinin, nitq qabiliyyətinin, mənəviyyatın zənginləşdirdiyini bildirmişdir. Uşaq, yeniyetmə və gənclərin yay istirahətinin təşkilində mütaliəni əsl məqam hesab edən Nailə Tağıyeva yayda oxucuların asudə vaxtının səmərəli təşkil edilməsini kitabxanaların fəaliyyətinin ayrılmaz tərkib hissəsi adlandırmışdır. Yay mütaliəsi uşaq və yeniyetmələrdə kitaba marağı fəallaşdırır, mütaliə mədəniyyətinə sövq edir, onlarda fantaziya və yaradıcılıq bacarığını inkişaf etdirir. Uşaqlarda mütaliəyə marağın, mütaliə motivasiyasının artırılması üçün kitabxanalarda müxtəlif oyunların, viktorinaların, nağıl-estafetlərin, tarixi marafonların, musiqi rinqlərinin keçirilməsinin metodikası haqqında kitabxananın multimedia mütəxəssisləri Nəzakət Əliyeva, Leyla Mahmudova, Səbinə Qasımova məlumat verdilər. Daha sonra çıxış edən İngilis Dili Mərkəzinin müdiri Gülnaz Quliyeva və mərkəzin müəlliməsi İlahə İsmayılova hər iki müəssisənin birgə təşkilatçılığı ilə açılan “Yay məktəbi”nin təşkilinin əhəmiyyəti, görüləcək işlər, layihələr haqqında danışaraq bildirmişlər ki, yay tətili məktəblilərin mənəvi cəhətdən tərbiyələndirilməsi, zənginləşdirilməsi, rəngarəng təəssüratların bəxş edilməsi, özfəaliyyət yaradıclığının inkişaf etdirilməsi, təbiətdə, ətrafında və özündə yeni-yeni müsbət keyfiyyətlərin aşkar edilməsi üçün əsl zamandır. Eyni zamanda yay sərgüzəştlər, oyunlar rəngarəng bayramlar mövsümüdür. Bu mövsümdən yararlanaraq məktəblilərin “yay məktəbi”ndə onların həm oxuması, həm əylənməsi üçün lazımi işlər görülməsi planlaşdırılmışdır. Daha sonra uşaqlar “yay məktəbi”nin ilk günü haqqında öz təssüratlarını, gözləntilərini və arzularını bildirdilər, şeirlər söylədilər, ingilis dilində mahnılar ifa etdilər.