SumgaitLibrary

+994 186520087


Səyyar sərgi

20.06.2018-ci il tarixində Gənclər kitabxanası və Mərkəzi Uşaq kitabxanasının birgə təşkilatçılığı ilə “Nəsimi” parkında Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ilə əlaqədar səyyar sərgi təşkil edilmişdir. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvələr gününün 100-cü ildönümləri, Heydər Əliyevin 95-ci ildönümü ilə əlaqədar kitablarla yanaşı Azərbaycan və dünya klassiklərinin əsərləri və müasir yazarların əsərlərindən ibarət 200-ə qədər ədəbiyyat nümayiş etdirilmişdir.Gənclər və Mərkəzi Uşaq Kitabxanasının işçiləri iştirakçılara Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan ətraflı söhbət açıb. Heydər Əliyevin Milli Ordu quruculuğu sahəsində tarixi xidmətlərindən danışıb, dahi rəhbərin başladığı işlərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd edilmişdir ki, İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordumuzun döyüş qabiliyyəti yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir. 2016-cı ilin aprel ayının əvvəllərindəki qısamüddətli döyüşlərdə Azərbaycan Ordusunun düşmənə ağır zərbələr vurması bunun bariz nümunəsidir. İştirakçılara 26 iyun tarixində Milli Ordumuzun yaradılmasını Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi dəyərləndirmişlər.