SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

14.06.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxana Qanunin Aliliyi Hüquq Resurs Mərkəzində 18 İyun- İnsan Hüquqları Günü ilə əlaqədar olaraq “Hüquqlarım məni qoruyur” adlı dəyirmi masa keçirmişdir. Tədbiri Mərkəzi kitabxananın metodisti Axundzadə Natəvan açaraq, qeyd etdi ki, 18 iyun ölkəmizdə Milli İnsan Hüquqları günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Proqramda insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevn 18 iyun 2007-ci il tarixli sərəncamı ilə isə 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları günü kimi təsis edilib. Ekspert qismində Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva, Qanunin Aliliyi Hüquq Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayev, hüquqşünas Ədalət Qafarov, 25 saylı məktəbin tarix müəllimi Əhmədova Nuridə iştirak edirdilər. İştirakçıları maraqlandıran suallar hüquqşünaslar tərəfindən cavablandırıldı.