SumgaitLibrary

+994 186520087


Görüş

12.06.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi Hüquqi yardım Resurs Mərkəzi ilə birlikdə İnsan Hüquqları Günü ilə əlaqədar “Hüquqlarımızı öyrənək və öyrədək” adlı görüş keçirmişdir. Tədbir Hüquqi yardım Resurs Mərkəzində 14 saylı məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə keçirildi.Uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova iştirakçıları salamlayaraq hüquqşünas Ruslan Mustafazadəni onlara təqdim etdi.R.Mustafazadə qanunvericilikdə nəzərdə tutulmuş insan hüquq və azadlıqlarından, pozularkən onların bərpasını təmin edən dövlət orqanlarının fəaliyyətindən bəhs edərək uşaqları maraqlandıran sualları ətraflı cavablandırdı.Sonra mövzu ilə əlaqədar məlumat vermək üçün təşkilatın rəhbəri Zenfira Mustafayevaya söz verildi.O, həm cəmiyyətdə, həm də ailədə uşaqların hüquq və azadlıqlarının müdafiəsindən, onların firavan həyatının təmin edilməsindən söhbət açaraq bildirdi ki, insan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır.Cəmiyyət özü uşaqlara məhəbbətlə yanaşmalı, onların qabiliyyətlərinin üzə çıxarılmasına şərait yaratmalıdır. Tədbirin sonunda şagirdlərə uşaq hüquqları ilə bağlı bukletlər, dəftərxana ləvazimatları hədiyyə edildi, onlar üçün şirniyyatlarla kofebrek təşkil olundu.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid