SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

09.06.2018-ciil tarixində Gənclər kitabxanasında Qubadlı rayon Dondarlı kənd tam orta məktəbdə Prezident İlham Əliyevin akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında 22 may 2018-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə “Əbədiyaşar alim və müəllim” adlı informasiya saatı keçirilmişdir. Multimediya mütəxəssisi S. Əbdürrəhmanova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülmüş, “İstiqlal” və “Şərəf” ordenli akademik Cəlal Əliyevin həyat yolundan və elmi yaradıcılı-ğından ətraflı söz açıb. Bildirib ki, akademik Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. S. Əbvdürrəhmanova alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, onun bir sıra ali dövlət mükafatlarına layiq görüldüyünü söyləyib, bildirib ki, elmə dəyərli töhfələr vermiş böyük alimin əziz xatirəsi ürəklərdə yaşayacaq, Azərbaycan xalqı görkəmli övladının xatirəsini daim uca tutacaq.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid