SumgaitLibrary

+994 186520087


“Hüquqlarımızı öyrənək”

07.06.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi “İnsan hüquqları aylığı" çərçivəsində Xəzər Universiteti Dünya Məktəbinin Sumqayıt filialında “Hüquqlarımızı öyrənək” adlı tədbir keçirdi. Tədbiri Xəzər Universiteti Dünya Məktəbi Sumqayıt filialının direktoru Münəvvər Bayramlı açaraq bu günün keçirilməsi tarixindən və mahiyyətindən söhbət açdı. İncəsənət şöbəsinin multimedia mütəxəssisi Cəmilə Əliyeva “Uşaq Hüquqları Konvensiyası” haqqında məlumat verdi. Sonra Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov uşaqların hüquqlarından, onların dövlət tərəfindən qorunmasından danışdı.Debat formasında keçən tədbirdə məktəbin şagirdləri mövzu ətrafında öz fikirlərini söylədilər və hakimə suallar ünvanladılar. Sonda mövzu ilə əlaqəli video-çarx nümayiş olundu.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid