SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

05.06.2018-ci il tarixində Gənclər kitabxanası Qubadlı rayon Dondarlı kənd tam orta məktəbdə Mikayıl Müşfiqin 110 illik yubileyi ilə əlaqədar “Mən şirin ləhcəli bir bülbüləm” adlı ədəbiyyat saatı keçirmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə tədbiri açaraq nakam taleli şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, bildirmişdir ki, rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur "Oxu, tar!" şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. Vurğulanmışdır ki, Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində "Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!", - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid