SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

05.06 2018-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxana 5 nömrəli tam orta məktəbdə Mikayıl Müşfiqin 110 illik yubileyi ilə əlaqədar” Büllur kimi saf poeziya” adlı poeziya dəqiqələri keçirdi.Tədbirdə Mikayıl Müşfiqin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdirildi. 7v sinif şagirdləri arasında aparılan tədbiri giriş sözü ilə abonement şöbəsinin kitabxanaçısı Seyidnurova Xəyalə açaraq vurğuladı ki, ötən əsrin birinci yarısının sənətkarları nəslinə mənsub olan bu istedadlı şair çox qısa bir ömür yaşamasına baxmayaraq Azərbaycan poeziyasının inkişafında, onun yeni mövzu, bəşəri məzmunla zənginləşməsində böyük rol oynamışdır. Məhz M.Müşfiq lirikasının hər bəndi, hər misrası oxucu qəlbinin dərinliklərinə nüfuz edir, könüllər oxşayan, insanları yüksək hisslər, yüksək amallar aləminə aparır. Bu lirika bu gün də aktualdır, bu gün də sevilən nümunələr, sevilən şeirlərdir M.Müşfiq lirikasının əzəməti də məhz bundadır .Sonra isə sinfin fəal şagirdlərindən : Məmmədzadə Aydan “Yalnız ağac”, Nəzərli Aynur “Yenə o bağ olaydı “, Əmənova Sonaxanım “Xalı”, Qurbanova Elmira”Həyat sevgisi”, Əbişova Aytac “ Dönüş”, Ağayeva Sevda “Axşamüstü”, Sultanova Elvira “ Ürək”, Aşurlu Məhəmməd “Yağış yağarkən”, Mehdiyeva Xanım “And olsun” və sairən adda M.Müşfiqin şeirlərini söylədilər. Tədbirin sonunda Abonement şöbəsinin baş kitabxanaçısı Baxşəliyeva İlahə M.Müşfiqin “Büllur kimi saf poeziya” adlı sərgidən bir neçə kitablarının xülasəsini verdi. Sərgi məktəblilər tərəfindən böyük maraqla qarşılandı.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid