SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

02.06.2018-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxanada yazıçı-publisist Eyruz Məmmədovun “Sən kimsən, Armando?” romanının təqdimatı və müzakirəsi keçirildi. Tədbirdə şairin qələm dostları, şəhərimizin ziyalıları və oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə şair Əşrəf Veysəlli açaraq Eyruz Məmmədovun həyat və yaradıcılığı haqqında qısa olaraq iştirakçıları məlumatlandırdı. “Sən kimsən, Armando?” romanı ilə bağlı şəxsi mülahizələrini oxucularla bölüşdü və sözü kitabın müəllifinə verdi. Eyruz müəllim iştirakçılara romanın yaranması haqqında qısa məlumat verdi və eyni zamanda iştirakçıların həm əsərlə bağlı, həm də yaradıcılığının müxtəlif məqamları ilə bağlı suallarını cavablandırdı. Tədbirdə eləcə də Rafiq Oday, Rəhman Orxan, Asif Asiman və digər ziyalılar bədii yaradıcılığının işığına toplaşdığımız müəllifin yeni əsəri ilə bağlı fikirlərini söyləməklə yanaşı, Eyruz müəllimin yaradıcılığından, şəxsiyyətindən, insani keyfiyyətlərindən də söz açdılar. Xüsusi olaraq vurğulandı ki, müəllifin zəngin daxili dunyasının, gərgin yaradıcılıq axtarışlarının məhsulu olan, maraqlı süjet xəttinə malik, güclü dramatizmlə, sevgi dolu anlarla, gözlənilməz situasiyalarla müşaiyət olunan yeni əsər gənclərin tərbiyəvi ruhda böyüməsinə yardımçı olacaqdır. Sumqayıt şəhər MKS-nin direktoru Yeganə xanım Əhmədova kitabxana kollektivi adından çıxış edərək sadə və şərəfli əməyi ilə insanların mütaliəsini istiqamətləndirən, həyatda yerini tapmasına yardımçı olan kitabxanaçı Aliyə obrazını ədəbiyyata gətirən Eyruz müəllimə təşəkkür etdi, ona yaradıcılıq uğurları, yeni əsərə bolluca oxucu məhəbbəti arzuladı. Sonda Eyruz Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirdi və oxucularla birgə xatirə şəkli çəkildi




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid