SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

01.06.18-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar “Dünyamızın sevinincidir uşaqlar“ adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə kitabxananın müdiri oxucuları salamladı bütün uşaqları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə təbrik etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Folklor klubunun əməkdaşı müğənni İlqar İmanovun ifasıda Azərbaycan mahnısı ilə açıq elan edidi. Fəal oxuculardan Quliyeva Ləman, Əkbərli Səlbi, Bəşirzadə Nigar, Əliyeva Zəhra, Bəşirzadə Nəzrin vətənə, Azərbayana,sülhə və uşaqlara aid şeirlər söylədilər. 35 №li məktəbin müəllimi Səfərəliyeva Məleykə bütün uşaqları təbrık etdi, uşaqlara dövlətimizin göstərdiyi qayğıdan, gözəl şəraitdən, təminatlarından söhbət açd. Şairə Rəhilə Veysəlli uşaqlara həsr etdiyi şeirləri söylədi . 35 № li məktəbin kitabxana müdiri İmamova Nəzakət xanım uşaqlara həsr etdiyi şeirləri ifa etdi. 6 saylı folklor klubunun əməkdaşı müğənni Solmaz Ağayevanın oxuduğu mahnılar tədbirə xüsusi ovqat verdi.