SumgaitLibrary

+994 186520087


Səhərcik

01.06.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi 43 saylı uşaq bağçası ilə birlikdə Uşaqları Beynəlxalq Müdafiə günü ilə əlaqədar “Hər uşaq bir çiçəkdir” adlı səhərcik keçirmişdir. Tədbir 43 saylı uşaq bağçasının orta yaş və məktəbəqədər qruplarının iştirakı ilə kitabxananın hazırladığı ssenari əsasında keçirildi. Məktəbəqədər qrupun uşaqları “Ağ göyərçinim” mahnısının sədaları altında gözəl bir rəqs nümayiş etdirdilər. Sonra bütün iştirakçılar xorla “Azərbaycanım” və “Bağçanın çiçəkləri” mahnılarını oxudular. Uşaqlar Vətənə, dostluğa, birliyə həsr olunmuş müxtəlif şeirlər söylədilər, Firudin bəy Köçərlinin “Tülkü və şir” təmsilinin əsasında hazırladıqları səhnəciyi ifa etdilər. Orta yaş qrupunun qızları “Ağ çiçəyim” və “Bahar” mahnılarının sədaları ilə rəqs etdilər. Sonda 43 saylı bağçanın müdiri Mahirə Əhmədova və şöbəmizin əməkdaşı Lalə Muradova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək onlara xoş arzularını bildirdilər.