SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

01.06.18-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda C.Cabbarlı adına Mədəniyyət evi ilə birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş “Uşaqlar dünyanın sevincidir” başlıqlı ədəbi- bədii gecə keçirilmişdir. Aparıcı bayram haqqında iştirakçılara geniş məlumat verdi. Sonra söz oxuculara verildi.Kitabxananın fəal oxucuları Ümüd, Bahar,Xədicə, Nərmin, Fatimə,Nəcibə,Teymur, Aydan uşaq şeirlərindən nümunələr söylədilər.C.Cabbarlı adına Mədəniyyət evinin “Turan ” rəqs qrupunun üzvləri rəngarəng rəqs nömrələri ilə çıxiş etdilər. Həmçinin müğənnilər Gülnarə Munis və Pənah Məmmədov öz musiqi töhfələrini verdilər. Kitabxabada fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi də tamaşaçılar tərəfindən maraqla qarşılandı. ”Rəsm” dərnəyinin üzvləri şəhər tədbirlərində fəal iştiraklarına görə Fəxri Fərmanla təltif olundular. AYB Sumqayıt bölməsinin sədri ,şairə Gülnarə Cəmaləddin uşaqları tədbik etdi və şeir söylədi. Tədbirdə kitabxananın fondunda olan kitablar əsasında təşkil olunmuş kitab sərgisi də nümayiş olunmuşdur. Sonda KK-nın müdürü Zərnigar Babayeva və C.Cabbarlı Mədəniyyət evinin direktoru Aygün Qəhrəmanova uşaqları bayram münasibəti ilə təbrik etdilər.