SumgaitLibrary

+994 186520087


Muğam saatı

31.05.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində Nazirliyin İş Planının 6.99-cu bəndinə əsasən YUNESKO-nun Qeyri maddi mədəni irs siyahısına daxil olan “Muğam sənəti”nin təbliği ilə əlaqədar olaraq “Musiqimizin tacı Muğam” adlı muğam saatı keçirildi.Tədbiri incəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda açaraq muğam sənətinin gənc nəslə sevdirməyin, gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən söhbət açdı, ölməz şairimiz Bəxtiyar Vahabzadənin “Muğam” şerini tamaşaçıların diqqətinə çatdırdı.Sonra muğam sənətinin incəlikləri haqqında danışmaq üçün söz əməkdar müəllim, Sumqayıt Musiqi Kollecinin şöbə müdiri Abdul Haşımova, jurnalist, yazıçı Tahirə Zeynalovaya verildi.Sumqayıt Musiqi Kollecinin tələbələri: Zalzadə Gülşənin (xanəndə), Əvəzxan Əzizovun (xanəndə), Xasay Gülməmmədovun (tar), Seymur İsakovun (kamança), Bəşir Ağayevin (nağara) ifasında nümayiş olunan muğam nümunələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Sonda Vahid Fondun Təşkili və İstifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova muğama həsr olunmuş sərginin xülasəsini verdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid