SumgaitLibrary

+994 186520087


Azərbaycan Xalq Cümhuriyyəti - 100

27.05.2018-ci il tarixdə M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən M.Ə.Rəsulzadə adına kitabxana filial və "Məşəl" Əlil və Veteranlar İctimai Birliyinin təşkilatçılığı ilə "Tam hüquqlu və müstəqil dövlət" adlı tədbir keçirildi. Tədbirdə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin sədri Tərlan Hacızadə, "Məşəl" Əlil və Veteranlar İctimai Birliyinin sədri Nizami Paşayev, şairə-jurnalist Günel Eyvazlı, Tarixi Araşdırmalar Qurumunun təsisçisi, "Birlik.az"saytının rəhbəri Vüsal Hətəmov, şair İntiqam Yaşar və s. iştirak etdilər. Çıxış edənlər bildirdilər ki, qarşımızda dayanan başlıca vəzifə əlamətdar bir hadisəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa nail olmaqdır. Söhbət müsəlman aləmində, türk dünyasında ilk demokratik respublikanın qurulmasından gedir: “Bu baxımdan İslam ölkələri, türk dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə maraq göstərə bilərlər. İslam dəyərlərinin dayanıqlı olduğu bir məmləkətdə, dini və etnik müxtəlifliyin mövcud olduğu bir ölkədə hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmağa nail olmuş Azərbaycan xalqının nailiyyətlərini İslam-türk ailəsi də beynəlxalq ictimaiyyətə çatdırmaqda maraqlı olmalıdır. Sonda Rəssam Tofiq Məmmədli kitabxanaya özünün çəkdiyi M.Ə.Rəsulzadənin portetini hədiyyə etdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid