SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

26.05.2018-ci il tarixində Gənclər kitabxanasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” və “AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Maarifçi Gənclər birliyi ilə birgə 38 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə “İstiqlaliyyətə gedən yol” adlı dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldl.Kitabxana müdiri Sona Eminova çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) millətimizin qürur mənbəyi olduğunu vurğulayıb. O dövrdə bir sıra görkəmli şəxsiyyətlərin iştirakı ilə maarifçilik ideyalarının yayılması, Azərbaycanda baş vermiş ictimai-siyasi və mədəni dəyişikliklər haqqında məlumat verib.Ölkəmizin dünyada tanınmasında o dövrün milli ruhlu ziyalılar nəslinin böyük rolunun olduğunu söyləyən S. Eminoiva onların gördükləri işlər haqqında geniş məlumat verib. AXC dövründə xalqımızın reallaşmayan arzularının ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində gerçəkliyə çevrildiyini bildirib, belə tədbirlərin maariflənmə sahəsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Sumqayıt Maarifçi Gənclər birliyinin fəal üzvlərindən Kənan Şahbazlı və SDU-nin dil-ədəbiyyat müəllimi Günel Zeynallı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ölkənin ağır durumu, azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri, Cümhuriyyətin fəaliyyətinin əsas istiqamətləri, beynəlxalq əlaqələri, onun süqutunda daxili və xarici amillərin rolu barədə danışıblar. Çıxışlarda Azərbaycan Xalq Cümhuriy-yətinin tarixi əhəmiyyətindən, onun dövlətçiliyimizdə yeri və rolundan bəhs edilib. Diskuiya şəklində keçən “dəyirmi masa”da 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin, habelə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında dövlətimizin başçısının sərəncamlarından irəli gələn məsələlər müzakirə olunub. Həmçinin qeyd edildi ki, hazırda ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Tədbirin sonunda iştirakçılar M.Ə.Rəsulzadənin 28 may çıxışını dinləmiş, müstəqillik tariximizin Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı sənədli filmə tamaşa etmişlər




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid