SumgaitLibrary

+994 186520087


Bacarıqlı əllər

26.05.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsində uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar “Mən balaca dərziyəm” adlı bacarıqlı əllər keçirilmişdir. Tədbiri uşaq şöbəsinin müdiri Y.Hüseynova açaraq uşaqlara uğurlar dilədi. Tədbirin keçirilməsi üçün təşəbbüs göstərən fəal valideyn Kəminə Salıflı kağızdan kəsərək gülün və kəpənəyin hazırlanması qaydasını uşaqlara göstərdi.Uşaqlar müxtəlif rəngli kağızdan güllər və kəpənəklər hazırlayaraq onları bir sapa düzüb yapışdırdılar.Sonda iştirakçıların valideynləri uşaqların asudə vaxtının səmərəli təşkilində və bacarıqlı əllər sahibi olan istedadlıların aşkara çıxarılmasında böyük əməyi olan şöbəmizin əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə oxucuların müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət “Bizim rənglər dünyamız” adlı sərgi nümayiş etdirildi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid