SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Muğam saatı
23.05.2018-ci il tarixində Gənclər kitabxanasında Q.Qarayev adına 1 saylı Musiqi Məktəbi ilə birgə 1saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə “Mənə çox mətləbləri ahəstəcə qandırdı muğam” adlı muğam saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Sona Eminova Azərbaycan mədəniyyətinin inkişafında muğam sənətinin yeri və rolundan bəhs etmiş, muğamı beynəlxalq səviyyəli bir sənət növü, janr olaraq milli mədəniyyətinin, dəyərlər səviyyəsinin ölçüsü, onun bəşəriliyinin bir göstəricisi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, qısa zaman ərzində respublikamızın bir çox maddi və mənəvi mədəniyyət nümunələrinin YUNESKO-nun Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanınmasının bariz nümunəsidir. Bu, həm də qədim və zəngin Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasının əsas şərtlərindən biridir. Çıxışına davam edən kitabxana müdiri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamın yaşadılması ilə bağlı həyata keçirdiyi layihələr içərisində Muğam Mərkəzinin inşasının xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. Kamança ustası Zabil Cavadov son illər muğam sənətimizin intibah dövrünü yaşadığını vurğuladı. Qeyd etdi ki, bu sənətin yaşamasında və təbliğində muğam ifaçılarımızla yanaşı, onun nəzəriyyəsini tədqiq edən alimlərimizin də böyük xidmətləri var. Tədbir çərçivəsində Q.Qarayev adına 1 saylı uşaq musiqi məktəbinin şagirdləri Yunis Cəfərov, və İlkin Nəcəfəliyevin ifasında “Bayatı kürd” “Şahnaz” “Arazbari zərb” muğamları səslənmişdir. Musiqiçiləri tarda Famil Həsənov, nağarada Sadıq Sadıqov, kamançada Zabil Cavadov müşaiyət edirdi. Tədbirin sonunda S.Eminova sərgi haqqında oxuculara məlumat verdi, rus dilində çap olunmuş “Azərbaycan muğam ensiklopediyası”nın əhəmiyətindən danışdı.