SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

21.05.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 12 nömrəli tam orta məktəbin 1A3 sinif şagirdlərinin və valideynlərin iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Uğurlu sabah naminə hüquqlarımızı öyrənək” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova əvvəlcə bu günün təsis olunma tarixi, məqsədi, Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlər, müasir dünyada uşaq hüquqlarına verilən önəm, uşaq hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən yerli və beynəlxalq sənədlər, haqqında məlumat verdi. Daha sonra çıxış edən kitabxananın müdiri Nailə Tağıyeva ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, ölkə Prezidentinin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışdı, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlərin görüldüyü haqqında qısa məlumat verdi. Tədbirin sonunda uşaq hüquq və azadlıqlarından bəhs edən videofilm nümayiş olundu. 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Xatirə Müslümova tədbirin təşkilinə görə həm öz adından, həm də valideynlər adından kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirdi