SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

21.05.2018-ci il tarixində Gənclər kitabxanaında fəal oxucuların iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin Ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə əlaqədar 2 Aprel 2018 ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Qüdrətli saz və söz ustadı” adlı informasiya saatı keçirilmişdir. Tədbiri kitabxananın böyük mütəxəssisi Bağırova Rəhilə açaraq Dədə Şəmşirin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. O bildirdi ki, Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində böyük sənətkar Şair Ağdabanlı Qurbanın ailəsində dünyaya göz açıb. Aşıq Şəmşir daima elinə,obasına bağlı olan və daima şeirə,sənətə qiymət verən bir şəxsiyyət olub.Qeyd etdi ki, ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir həmişə yüksək qayğı ilə əhatə olunmuş, yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə Dədə adını xalqdan qazanıb. Dədə Şəmşirin "Şeirlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şeirlər", "Öyüdlər" və s. kitabları işıq üzü görub.