SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

18.05.2018-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda “İnsan Hüquqları aylığı“ ilə əlaqədar “Hüquq düşücəsi və hüquq mədəniyyəti“ adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə kitabxananın fəal oxucularından Alıyeva Nərmin müəllim ölkəmizdə aparılan demokratik hüquqların müdafiəsi sahəsində olan inkişafdan söhbət açdı,İmamova Nəzakət “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir”, “Dövlətimizin ali qanunu olan konstitusiyamızı daha dərindən bilməliyik” movzusunda söhbət etdi. Əliyeva Kamilə müstəqil dövlətimizin insan hüquqlarının və azadlıqlarının təminatı üçün hər bir şəraitin yaratdığını qeyd etdi. Oxucu Sofiyeva Elnaz oxuculara bilikli, güclü olmaq üçün daha çox oxumağı tövsiyə etdi. Sonda maraqlı çıxışlara görə kitabxananın müdiri bütün iştirakçılara təşəkkürünü bildirdi.