SumgaitLibrary

+994 186520087


Məruzə

14.05.2018-ci il tarixində Gənclər kitabxanasında Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailə dəyərlərimizi qoruyaq” adlı məruzə keçirilmişdir. Tədbiri böyük mütəxəssis Bağırova Rəhilə açaraq ailənin bütün dövrlərdə birlik rəmzi kimi müqəddəs sayılmasından, bu kiçik dövlətin təməlinin möhkəm, Azərbaycan milli mentalitetinə əsaslanan zəmin üzərində qurulmasından, sağlam psixologiyalı gənclərin və ən əsası düzgün tərbiyə mühitində formalaşmış gələcəyin valideynlərinin yetişməsindən söhbət açdı, erkən nikahların fəsadları, yeniyetmələrin problemləri və bu problemlərin həlli yolları, ailə dəyərlərinin qorunub saxlanılması və sağlam həyat tərzinin təbliği istiqamətində məktəblərdə valideynlər və yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda mühazirələr təşkil olunmasının vacibliyini vurğuladı. R. Bağırova eyni zamanda möhkəm və davamlı ailənin qurulmasında hüquqi maarifləndirmənin zəruriliyini, sağlam həyat tərzinin fiziki, qarşılıqlı hörmət və ehtiramın isə psixoloji baxımdan sağlam ailənin təminatçısı olduğunu, ailə münasibətlərinin möhkəmlənməsində milli-mənəvi dəyərlərin mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırdı.