SumgaitLibrary

+994 186520087


Viktorina

10.05.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları tərəfindən 8 nömrəli tam orta məktəbdə 7 və 8-ci siniflər arasında Azərbaycanın şərəf və ləyaqət tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar "Cümhuriyyət qurucuları" adlı viktorina keçirildi. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlandı və istiqlal yolunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi. Tədbirin aparıcısı Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əlamətdar hadisə olması və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etməsi haqqında qısa məlumat verərək AXC-nin yaradılmasını və milli dövlət quruculuğunun bərqərar edilməsini xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etməsini vurğuladı. Sonra o, Azərbaycanın dövlətçilik tarixində əlamətdar yer tutan, onun şərəfli səhifəsini təşkil edən Xalq Cümhuriyyətinin şanlı tarixinin müxtəlif məqamlarından bəhs edən 26 sual əsasında ADR-in yaranması, süqutu, Zaqafqaziya seymi, 23 aylıq parlaq fəaliyyəti dövründə Azərabycan Xalq Cümhuriyyətinin görkəmli qurucuları olan M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, X.Rəfibəyli və ADR-in digər görkəmli dövlət xadimlərinin həyat və fəaliyyəti, o dövrün mətbu orqanları, dövlət rəmzləri haqqında 4 komanda ilə yarışa qatılmış şagirdlərin bilgilərini müəyyənləşdirdi. Gərgin keçən yarışmanın sonunda məktəbin mədəni işlər üzrə təşkilatçı Xanım Əliyeva, məktəbin psixoloqu Firəngiz Mirzəyeva, məktəbin kitabxana müdiri Elmira İbrahimovadan ibarət münsiflər heyətinin yekdil qərarına əsasən verilən doğru cavabların say çoxluğuna, dolğunluğuna, əhatəliliyinə görə “Hürriyyət” komandası birinci yerin qalibi seçildi və kitablarla mükafatlandırıldı. Şagirdlərin intellektual bilik və bacarıqlarının inkişafında və tədbirin təşkilində göstərdiyi yaxından köməyə görə məktəbin mədəni işlər üzrə təşkilatçısı Xanım Əliyeva kitabxana işçilərinə öz dərin təşəkkürünü bildirdi. Sonda Leyla Mahmudova ADR-in tarixindən bəhs edən kitabların sərgiləndiyi “Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı kitab sərgisi haqqında xülasə verdi.