SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

10.05.2018-ci il tarixində Gənclər Kitabxanasında 12 və 16 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü ilə əlaqədar “Böyüklük heykəlidir, Dədə Heydər-Atatürk” adlı şeir müsabiqəsi keçirilmişdir. Azərbaycanın Dövlət Himninin səslənməsindən sonra Kitabxananın müdiri Sona Eminova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdı. Qeyd etdi ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. 30-a qədər şagirdin iştirak etdiyi müsabiqədə ümummilli lider Heydər Əliyevə həsr edilən şeirlər səsləndirilib. Peşəkar müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirmələrindən sonra mükafatlandırma mərasimi keçirilib. Çıxışlardan sonra birinci yerin qalibi olmuş 16 saylı tam orta məktəbin şagirdi Asfaram Aysel, ikinci yeri tutmuş 16 saylı tam orta məktəbin təmsilçisi Asfaram Jalə, 12 saylı tam orta məktəbin təmsilçiləri Həsənli Jalə, İsmayılova Nənəş, üçüncü yerin qalibləri 12 saylı tam orta məktəbin təmsilçiləri Şahverdiyeva Fidan, Əliverdiyeva Pəri və Vəlizadə Gülənbər, eləcə də həvəsləndirici yerə layiq görülmüş 12 və 16 saylı məktəblərin təmsilçiləri Nəzərli Fatma, Hüseynova Nərmin, Vəliyev Rəsul, Nəzərova Fidan, Dadaşova Aytən, Səmədzadə Allahverdi, Dadaşova Xədicə və başqalarına Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.