SumgaitLibrary

+994 186520087


Heydər Əliyev - 95

10.05.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq General Məhəmməd Əsədov adına İTİT Gimnaziyada “Dünyaya tək gələn insan” adlı tədbir keçirdi.Tədbiri İncəsənət şöbəsinin mültimedia mütəxəssisi Əliyeva Cəmilə açaraq ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi, tədbir iştirakçılarını “Azərbaycanın özü qədər əbədi Heydər Əliyev” adlı sərgi ilə tanış etdi. Sonda uşaqların ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndi.