SumgaitLibrary

+994 186520087


Məruzə

08.05.2018-ci il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə Şuşa və Laçının işğal günü ilə əlaqədar “Güllələnən heykəllər, itkin düşən abidələr” adlı məruzə keçirilmişdir. İlk öncə Qarabağ uğrunda canından keçən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Multimediya mütəxəssisi S.Əbdürrəhmanova Azərbaycanın mədəniyyət məbədi olan Şuşa və Laçının ermənilər tərəfindən işğalı ilə bağlı faktları xatırladıb. Bu rayonların işğalı nəticəsində zəngin tarixi-mədəni abidələrin tamamilə talan və məhv edildiyini bildirdi.Onun fikrincə, bu gün Şuşa və Laçının işğal altında qalması, mədəni abidələrin darmadağın olunması yalnız Azərbaycan mədəniyyəti üçün ağır itki sayıla bilməz: “Bu fakt dünya mədəniyyəti külliyyatı üçün böyük itkidir. Beynəlxalq qurumlar da Şuşa və Laçının qəsbkarlar tərəfindən məhv edilməsinə susmamalıdırlar. Təəssüf, gerçəklər və ədalət bu gün ikistandartlı siyasətin yalanlarının kölgəsində qalıb”. S. Əbdürrəhmanova yalnız Şuşa və Laçınla bağlı deyil, ümumiyyətlə işğalla bağlı faktların təbliğinin gücləndirilməsinə ehtiyac olduğunu vurğulamış, qeyd etmişdir ki,Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən mayın 18-də Laçını işğal etmişdir. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur.Sonda qeyd edildi ki, bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir.