SumgaitLibrary

+994 186520087


“İtirilmiş cənnət”

08.05.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində Şuşa şəhərinin işğalının 26-ci ildönümü ilə əlaqədar olaraq “İtirilmiş cənnət” adlı tədbir keçirildi. Şöbənin müdiri Qələndərova Aidə Şuşa şəhərinin tarixindən söhbət açaraq bildirdi ki, bir zamanlar 549 qədim binası,17 məhəlləsi, 17 məscidi, 6 karvansarsı, 3 türbəsi, 2 mədrəsəsi, 2 qəsri, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və görkəmli sənətkarların ev muzeyləri olan Şuşa qalası ilə öyünər, fəxr edərdik. Təəsssüf ki, hər şeyə sahib çıxan ermənilər Şuşa qalasını xarabalığa çevirmiş, 8 muzeyi, 31 kitabxananı,17 klubu, 8 mədəniyyət evini, 25 orta məktəbi, 40 tibb müəssisəsini, 24 tarixi abidəni viran etmişlər. Sonda dövrü mətbuatda dərc olunan Şuşaya həsr olunmuş məqalələrin xülasəsi verildi.