SumgaitLibrary

+994 186520087


Ekskursiya

08.05.2018-ci il tarixində Laçın rayon M.İsmayılov adına Cicimli tam orta məktəbinin 2-ci sinif şagirdləri Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinə “Kitab aləmində görüş” adlı ekskursiya etdilər. Uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova şagirdləri kitabxananın fondu, kataloqu, kartotekası, oxu zalı və abonement şöbələri, nağıl otağı, ulu öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar “Xalqa bəxş edilmiş ömür”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş “Güclü lider-güclü dövlət”, Sumqayıt şəhərinin tarixi ilə bağlı “Mənim ümid şəhərim”, oxucuların rəsm və əl işlərindən ibarət “Bizim rənglər dünyamız”, fondun təbliği ilə əlaqədar “Balalara hədiyyə”, “Fonda daxil olan ədəbiyyat”, 2018-ci ildə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması ilə əlaqədar “Bura Nuhun vətəni Nuhçıxandır-Naxçıvandır”, AXC-nin 100 illiyi ilə əlaqədar təşkil edilmiş “İstiqlala aparan yol” adlı sərgilərlə tanış etdi.Sonra Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri Mir Cəlal Paşayevin “Yalan yeriməz” hekayəsi əsasında hazırladıqları səhnəciyi ifa etdilər. Sonda sinif müəlliməsi Ema Məmmədova şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rolu olan kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid