SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

07.05.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi 5 saylı məktəbdə Heydər Əliyevin anadan olduğu günlə əlaqədar “Sən elə bir zirvəsən” adlı poeziya dəqiqələri keçirmişdir. Tədbir 5 saylı məktəbin 4-cü sinfində keçirildi. Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova əvvəlcə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdi.Sonra şagirdlər ümummilli liderə həsr edilmiş müxtəlif şairlərin şeirlərini söylədilər. Tədbirdə şagirdlərə Heydər Əliyev haqqında kitab və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş etdirildi.