SumgaitLibrary

+994 186520087


"Vətənin dilbər güşəsi"

04.05.2018-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda Şuşa şəhərinin işğalı ilə əlaqədar "Vətənin dilbər güşəsi" adlı tədbir keçirilmişdir. Tədbiri kitabxananın müdiri H.Pirimova giriş sözü ilə açdı və Şuşanın işğalı zaman, ərazi bütövlüyümüz uğrunda həlak olan oğul və qızlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra Saray qəsəbəsi 2№ li məktəbin müəllimi Kərimova Sevinc Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşanın 26 illik həsrətindən söhbət açdı, ermənilərin insanlığa sığmayan vəhşiliyindən Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın heykəllərinin güllələnməsi, tarixi abidələrimizin dağıdılması və Şuşada azərbaycanlıların tarixi izlərini silən erməni vandallarının Qafqazın cənnətı adlanan torpaqlarımızda törətdikləri vəhşiliklərdən söhbət açdı. 35 saylı məktəbin kitabxanaçısı İmamova Nəzakət işğal zamanı ölən və yaralananlar haqqında oxuculara məlumat verdi. Fəal oxuculardan Əliyev İbrahim, Orucova Məhbubə,Əliyeva Xəyalə Baxşəliyeva Nəzrin, Nağıyeva Nuray, Mazanova Jalə Şuşaya aid şeirlər ifa etdilər




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid