SumgaitLibrary

+994 186520087


Hekayə saatı

30.04.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 38 nömrəli tam orta məktəbin 4B sinif şagirdlərinin iştirakı ilə XX əsrdə yaşayıb-yaratmış görkəmli alim, ədəbiyyat və təhsil xadimi, yazıçı, professor Mir Cəlal Paşayevin 110 illik yubileyi ilə əlaqədar hekayə saatı keçirildi. Kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova ədəbiyyat tariximizdə hekayə, povest və romanları ilə layiqli yer tutan Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra müəllifin uşaqlar üçün yazdığı “Qələm” və “Yuxu və külək” hekayələrini ucadan oxudu və uşaqlarla birgə hər iki hekayəni təhlil etdi. Daha sonra 38 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Qəmər Əhmədova, məktəbin kitabxana müdiri Şəfiqə Əliyeva bütün şüurlu həyatını ədəbi, elmi və ictimai-pedaqoji fəaliyyətə həsr etmiş, ölməz nəsr əsərləri, elmi dəyərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədəbiyyatşünas və pedaqoji kadrlar yetişdirmiş, doğma xalqın milli-mənəvi yüksəlişinə çalışmış Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətləri haqqında danışdılar.Sonra tədbir iştirakçıları kitabxana əməkdaşlarının Mir Cəlal Paşayevin uşaqlar üçün yazdığı hekayələr əsasında hazırladıqları kukla tamaşasını izlədilər. Uşaqların kitabxanaya gəlişi ilk dəfə olduğu üçün kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova onları kitabxananın xidmət zalları ilə tanış etdi, onlara kitabxanaya yazılmağın qaydalarını izah etdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid