SumgaitLibrary

+994 186520087


Məruzə

29.04.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda 28 aprel AXC-nin süqutuna həsr olunmuş “Hökumət və siyasət” adlı məruzə dinlənildi. Bakı Atatürk liseyinin müəllimi Elmar Həsənov AXC-nin yaranmsı, fəaliyyəti, parlamentin elan edilməsi, rəyasət heyəti, sədri və üzvləri haqqında, eləcə də cumhuriyyət dövründə Azərbaycanda parlament ənənələrindən geniş məruzə edərək bildirdi ki, Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Vurğulandı ki, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının,suverenliyinin təməlini qoymuşdur. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid