SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

14.04.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şərqin ilk Demokratik Respublikası” adlı oxucu konfransı keçirilmişdir.Tədbiri giriş sözü ilə multimedia mütəxəssisi Qurbanova Şeyda açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında geniş məlumat verdi, sonra mövzu ilə bağlı video çarx nümayiş olundu. Oxuculardan Bayramova Leyla, Babayeva Günel, Əhədova Aysu, Bayramova Elmira, Mustafayeva Sevda, Əhədova Sevinc, Abbasova Səma AXC dövründə mədəniyyət, təhsil, ədəbiyyat,mətbuat, səhiyyə, iqtisadiyyat haqqında mövzularla çıxış etmişlər. Sonda “Azərbaycan dövlət qurumunun dirçəldilməsi” adlı sərgidən biblioqrafik xülasə verildi.