SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

14.04.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi AXC-nin 100 illiyi ilə əlaqədar “Sən mənim qoynumda çarpan ürəksən” adlı informasiya saatı keçirmişdir. Tədbir Dövlət Himninin səsləndirilərək oxucularla birgə ifası ilə başlandı.Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və bu dövlətin yaranmasında böyük xidmətlər göstərmiş Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən, onun silahdaşları Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Səməd bəy Mehmandarov kimi xalq azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyatından, eyni zamanda müstəqillik, istiqlaliyyət uğrunda apardığı çətin və şərəfli siyasi mübarizəsindən bəhs etdi. Tədbir iştirakçılarına “28 May Respublika günü”nə həsr olunmuş videogörüntü və bu günün yaradıcısı M.Ə.Rəsulzadənin bayram təbriki videoçarx vasitəsilə nümayiş olundu. Sonda iştirakçılara AXC-nin 100 illiyi ilə əlaqədar təşkil edilmiş “İstiqlala aparan yol” sərgisindəki kitab və dövri mətbuat materialları haqqında məlumat verildi