SumgaitLibrary

+994 186520087


Diskussiya

14.04.2018-ci il tarixində Gənclər kitabxanasında ictimai-fəal gənclərin iştirakı ilə “Ağ ölümün qara fəsadı” adlı diskussiya keçirilmişdir. Tədbirdə kitabxana müdiri Sona Eminova qonaqları salamlayaraq tədbirin mahiyyətindən söhbət açıb. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya və alkoqolizmin insan sağlamlığı üçün təhlükəsi, Narkotik maddələrin qəbulu ilə mübarizənin vacibliyindən, bu problemə daim ictimai nəzarətin zəruriliyindən bəhs edib.O, narkomaniyanın tək ölkəmiz üçün deyil bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasını, təbliğat işlərinin geniş vüsət almasınının vacibliyini bildirdi. S. Eminova öz çıxışında ölkəmizdə bu sahədə genişmiqyaslı tədbirlərin aparılmasına baxmayaraq statistik göstəricilərin heç də ürəkaçan olmadığını vurğuladı. Sonra qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə gənclər narkomaniyaya qarşı mübarizədə öz fikirlərini fərdi qaydada irəli sürərək narkomaniyaya qarşı münasibətlərini bildirdilər. Vurğulandı ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir, insanların həyat və sağlamlığına təhlükə yaradır