SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

14.04.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadənin (Salam Qədirzadə) anadan olmasının 95 illiyi münasibətilə “Salam Qədirzadə - 95” adlı ədəbiyyat saatı keçirildi. Kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva yazıçının həyat və fəaliyyəti haqqında oxuculara geniş məlumat verdi. Vurğuladı ki, Salam Qədirzadənin əsərlərini oxuyan kəs ondan ayrıla bilmirdi. Bildirildi ki, Salam Qədirzadə sənətinin mühüm bir qolu da teatr ilə bağlı idi. 70-ci illərdə səhnəyə qoyulmuş “Şirinbala bal yığır”, “Hardasan ay subaylıq”, “Həmişə xanım”, “Gurultulu məhəbbət” kimi pyes və komediyaları dövrün əyri-əskiklərini ifşa edir, böyük rezonans do-ğururdu. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu. Oxucular Salam Qədirzadənin əsərləri haqqında fikirlərini bölüşdülər. Sonda Şərəf xanım vurğuladı ki, Salam Qədirzadə yaradıcılıq baxımından çox dolğun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. Bu gün o bizim yanımızda cismən olmasa da, ürəklərimizdə yaşayır, bizə miras qoyduğu kitabların sətirlərindən bizimlə danışır.