SumgaitLibrary

+994 186520087


Görüş

07.04.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda S. Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin və Ziyali Ocağı cəmiyyətinin üzvü şair Mayıl Məmmədli ilə "Oxu məni kitab kimi adlı ədəbi- görüş keçirildi. Görüşdə AYB nin üzvləri Balayar Sadiq, Telli Sənəm Borçalı, AYB və AJB nin üzvü, “Qızıl qələm laureatı mükafatı, “Aşıq Pəri”, “Məhsəti”, “Dirili Qurbani” və s. ədəbi məclislərin üzvü, Əzizə Ağahüseynqızı, AYB-nin üzvü şair Ədalət Nicat, şair, AYB və AJB-nin üzvü, jurnalist , “Manevr.az” saytının rəhbəri Namiq Dəlidağlı, Daşqın İslah Qənbərov, Buta Ədəbi Almanaxınin təşkilatçısı, şair İslam Mahmudov, şairlər Vüsal Ağayev, Rəşad Yaqubov, Sevinc Qərib, Sevindik Mehman, Fəridə Əsədova, Rəfiqə İbrahimova, Qubadlı rayon Mahmudlu kənd kitabxanasınin müdiri Nabat Vəliyeva, şairin ailə üzvləri iştirak etdilər. Görüşü kitabxananın baş kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək şairin həyat yolu haqqında geniş məlumat verdi. Daha sonar şairin qələm dostları çıxış etdilər, şair haqqında xatirələrini bölüşdülər. Sonda şair Mayıl Məmmədlinin qələmə aldığı şeirlər dinlənildi.