SumgaitLibrary

+994 186520087


Görüş

07.04.2018-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 16 nömrəli məktəbin 6A sinif şagirdlərinin iştirakı ilə 7 aprel Ümumdünya Sağlamlıq Günü münasibətilə 5 saylı uşaq poliklinikasında çalışan həkim-infeksionist Leyla Fətəliyeva və həkim-pediatr Sevinc Məmmədova ilə “Sağlamlığımızın sayıq keşikçiləri” adlı görüş keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova əvvəlcə iştirakçılara bu gününün təsis olunma tarixi haqqında qısa məlumat verdi. daha sonra oxuculara sağlamlığı qorumağın yolları, fəal həyat tərzi keçirməyin, fiziki tərbiyənin, pis vərdişlərdən uzaq durmağın, təbii amillərlə müalicənin əhəmiyyətindən danışdı. Səbinə Qasımova səhiyyə, tibb elmlərinə aid 30 adda kitabı özündə əks etdirən “Sağlam nəsil-sağlam gələcək” adlı kitab sərgisi və “Xalq təbabəti” guşəsində nümayiş etdirilən dərman bitkiləri, təbii qida və çox güclü şəfaverici təsiriə malik olan balın faydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonra uşaqlarda tez-tez rast gəlinən infeksion xəstəliklər və bu infeksion xəstəliklərin profilaktikasında peyvəndlərin vacibliyindən danışan həkim-infeksionist Leyla Fətəliyeva tədbir iştirakçılarını “Uşağın immunizasiya pasportu” kartında olan profilaktik peyvənd təqvimi ilə tanış etdi. Sonra çıxış edən 5 saylı poliklinikanın həkim-pediatrı Sevinc Məmmədova uşaq və yeniyetmələrdə diabet, sümük və böyrək xəstəlikləri və onların profilaktikası haqqında məlumat verdi. 16 saylı məktəbin riyaziyyat müəlliməsi Pəri İsmayılova isə məktəblilərin sağlamlığının qorunması istiqamətində dövlətin gördüyü işlər haqqında məlumat verdi. Məktəbliləri maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırıldı. Mövzu ilə bağlı son olaraq çıxış edən kitabxananın müdiri Nailə Tağıyeva da bildirdi ki, insan həyata bir dəfə gəlir, bu həyatı da elə qurmaq lazımdır ki, həm cəmiyyətə, həm də ailənə yararlı olasan. Yalnız sağlam həyat tərzi sağlamlıqdır, uzun ömür bəxş edən şərtdir.