SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

04.04.18-ci il tarixində S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi AYB Sumqayıt bölməsi ilə birlikdə Aprel şəhidlərinin ikinci ildönümü ilə əlaqədar “Ən ali, müqəddəs sözdü şəhidlər“ adlı xatirə gecəsi kecirmişdir.Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açdı. Sonra tədbirə dəvət olunan qonaqlar: Azərbaycanın Milli Qəhrəmanı Qoxmaz Eyvazovun oğlu Asəm Eyvazov, yazıçı Hafiz İmamnəzərli, şairlər Namiq Dəlidağlı, Müqəddəs Şahbazov, Elbrus Qayalı, Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Etibar Bənnayev çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar. Daha sonra S.Sarvan adına Uşaq Poeziya Klubunun üzvləri Zəhra Bəşirli, Ayan Ağayeva, Xoşqədəm Bağıyevanın ifasında F.Qoca, M.İlqar, N.Dəlidağlı, Ə.Veysəllinin şəhidlərə həsr olunmuş şeirləri dinlənildi .Tədbir eyni adlı sərgiyə baxışla yekunlaşdı.