SumgaitLibrary

+994 186520087


Anım günü

04.04.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Vaqif İbrahim adına 35 saylı tam orta məktəb, Sumqayıt Dövlət Universiteti YAP Gənclər birliyi, 29 saylı tam orta məktəb, Təfəkkür litseyi, 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin birgə təşkiltçılığı ilə Aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti (polkovniki). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilmiş, Türkiyə Respublikasında Quru qoşunları Ali Hərbi Məktəbinə 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə kursununda təlim keçmiş, Pakistanda Xüsusi təyyinatlı təkmilləşdirmə kurslarında iştirak etmiş Vüqar Nurəddin oğlu Yusifova həsr olunmuş anım günü keçirildi. Qonaq qismində şəhidin ailəsi, MKS-in direktoru Yeganə Əhmədova, Hacı Hacıyev, tarixçi, müəllim Anar Hüseynov, Şair, jurnalist, “Manevr.az” saytının rəhbəri Namiq Dəlidağlı, şair Sevinc Qərib iştirak etdilər. Tədbiri kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şərəf xanım şəhidin keçdiyi şərəfli həyat yolundan geniş söhbət açdı. Daha sonra şagirdlərin ifasında şəhid, polkovnik Vüqar Yusifova həsr olunmuş şeirlər, kompozisiyalar dinlənildi,vətənpərlik mövzusunda mahnılar səsləndirildi. Vüqar Yusifov haqqında slayd göstərildi. Sonda qonaqlar tədbir haqqında fikirlər söylədilər.