SumgaitLibrary

+994 186520087


Ucadan oxu

04.04.2018-ci il tarixində Corat qəsəbə kitabxana filialı Beynəlxalq Uşaq Kitab Günü ilə əlaqədar “Gəlin kitab oxuyaq” başlığı altında ucadan oxu keçirdi. Tədbir 7 saylı məktəbin 3-cü sinifində keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxanaçı uşaqlar ünün olan kitablardan söhbət açdı. Sonra uşaqlar sevdikləri nagıl qəhrəmanlarından danışdılar. Gülzar İbrahimovanın “Qırmızıyanaqla Qırmızıpapağın nağılı” ucadan oxundu. Sonda uşaqlar oxuduqları kitablardan söhbət açdılar.