SumgaitLibrary

+994 186520087


Poeziya axşamı

04.04.2018-ci il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxananın abonement şöbəsinin əməkdaşları 5 nömrəli tam orta məktəbdə Vurğun Poeziya Günləri ilə əlaqədar “Yaddaşlarda yaşar Vurğun” adlı poeziya axşamı keçirdi. Tədbiri giriş sözü ilə abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq vurğuladı ki, Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında qeyri-adi şair, dramaturq, ictimai xadim və mütəfəkkir kimi yaşayır. Məktəbin dil ədəbiyyat müəlliməsi Raisa Həbibova Səməd Vurğunun həyat və yaradıcılığı haqqında geniş məlumat verməklə vurğuladı ki, böyük şairin yaradıcılığı xalqımızın keçmişini, bu günü və gələcəyini əks etdirirdi. Daha sonra kitabxananın multimedia mütəxəsisi Xəyalə Seyidnurova şairin həyat və yaradacılığna həsr edilmiş sərgidən maraqlı biblioqrafik xülasə verdi. Məktəbin şagirdlərindən Nəzərli Aynur. Qurbanova Elmira “Şair, nə tez qocaldın sən”, Ağayeva Sevda “Bahar və mən”, Nəzərli Aynur “Ceyran”, Əzizova Səlmi “Dağlar”, Məmmədquliyev Fərid “Sevgi”, Əbişova Aytac “Yadıma düşdü”, Məmmədzadə Aydan “Bir səs” adlı şeirlərini səsləndirdilər. Sonda bütün sinifin ifasında Səməd Vurğunun ”Azərbaycan” şeiri ifa edildi.