SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
"Tarix qəhrəmanlığı unutmur"
04.04.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar olaraq “Tarix qəhrəmanlığı unutmur” adlı tədbir keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şöbənin müdiri Qələndərova Aidə çıxış edərək bildirdi ki, Aprel döyüşləri xalqımızın tarixinə yeni bir qəhrəmanlıq səlnaməsi yazıb. Düşmənə sarsıdıcı zərbələr vuran aprel döyüşlərində ordumuz gücünü bir daha nümayiş etdirərək hər bir azərbaycanlıya möhtəşəm qələbə sevinci yaşatdı.Tədbir iştirakçılarına aprel şəhidlərindən Əbu Bəkr İsmayılov,Qabil Orucəliyev, Raquf Orucov, Əbdülməcid Axundov, Şulan Bayramov,Seymur Baxışov haqqında məlumat verildi, onların keçdiyi döyüş yolundan söhbət açıldı. Tədbir 23 saylı məktəbin 8B sinif şagirdi Abdullayeva İnarənin ifasında mübarizliyə, intiqama səsləyən Məmməd Arazın “Bizi Vətən çağırır!” şerinin sədaları ilə başa çatdı.