SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

04.04.2018-ci il tarixdə Gənclər kitabxanasında aprel zəfəri ilə əlaqədar 16 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə “Aprel ayının qalibiyyət savaşı” adlı xatirə gecəsi keçirilmişdir.Tədbir Azərbaycanın Dövlət Himni ilə açıldı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sona Eminova açaraq qeyd etmişdir ki, 2016-cı il tariximizə Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verib, 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıblar. Müdrik və qətiyyətli Ali Baş Komandanın da dəfələrlə qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olub. Sumqayıt şəhidləri Əbdülməcid Axundov, Raqub Orucov, Samir Baxşəliyev, Seymur Baxışov, Şulan Bayramov, Murad Məmmədovun qısa, lakin şərəfli həyat yolu barədə məlumat verildi.Sonra 16 saylı tam orta məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir və ədəbi kompozisiya nümayiş etdirilmiş, aprel şəhidlərinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.