SumgaitLibrary

+994 186520087


Açıq qapı günü

03.04.18- ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Kluda Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar olaraq “Gəlin kitabları birlikdə sevək” adlı açıq qapı günü keçirilmişdir.Tədbir səhər saatlarında başladı və gün ərzində davam etdi. Böyük mütəxəssis Səadət Allahverdiyeva iştirakçıları salamladı, tədbir haqqında onlara məlumat verdi. Əvvəlcə uşaqlar kitabxanaya ekskursiya etdilər. Onlar kitabxananın oxu zalı, abonement şöbəsi, nağıl otağı, multimedia otağı ilə tanış oldular. Daha sonra onlara nağıl otağında Qaçay Köçərlinin “Qızıl inəyin nağılı” üzrə nağıl saatı keçirildi. Sonda tədbir iştirakçılarına “Cik-Cikin nağılı” kukla tamaşası nümayiş olundu. Açıq qapı günü iştirakçıların marağına səbəb oldu.