SumgaitLibrary

+994 186520087


Ucadan oxu

02.04.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanası əməkdaşları Kəlbəcərin işğalı günü ilə əlaqədar 16 nömrəli tam orta məktəbin 2B sinfində Məmməd Aslanın "Yurd itirən bay olmaz" adlı şeiri əsasında ucadan oxu keçirdi. Tədbiriin əvvəlində kitabxananın böyük mütəxəssisi Nəzakət Əliyeva uşaqlara dünyanın ən qədim insan məskənlərindən biri, Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcərin 1993-cü il aprel ayının 2-də Ermənistan Silhlı qüvvələr tərəfindən işgal edilməsi, döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olması, minlərlə sakinin yaralanması, 321 nəfərin əsir götürülməsi, dinc əhaliyə vəhşicəsinə divan tutulması, min illər boyu yaşadığı ata-baba torpağımdan qovularaq didərgin salınması haqqında ətraflı məlumat verdi. Bildirdi ki, həmin günün üzərindən 25 il keçməsinə baxmayaraq Azərbaycan xalqı heç bir zaman bu olanları unutmayıb, unutdurmayacaq. Daha sonra Nəzakət Əliyeva M.Aslanın özünə məxsus relyefi, gözəlliyi, təmiz havası, buztək bulaqları, təbii sərvətləri ilə zəngin olan Kəlbəcərin vəsfinə və torpaq, yurd itkisinə həsr etdiyi şeirlərini məktəblilərlə bərabər ucadan oxudu. Sonda ikincilərin sinif rəhbəri Məleykə Adıgözəlova tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.