SumgaitLibrary

+994 186520087


Sərgi

02.04.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar Nako Edu Club tədris mərkəzində "Böyük həyat yolları kiçik kitabdan keçir" adlı ədəbiyyata açıq baxış sərgisi təşkil etmişdir. Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova uşaqları bayram münasibətilə təbrik etdikdən sonra onlara bu günün maraqlı tarixi, tədbirin keçirilməsinin əsas məqsədi haqqında qısa məlumat verdi. O bildirdi ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası(İBBY) tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü elan edilib. Kitabxanamız artıq bir neçə ildir ki, öz ənənəsinə sadiq qalaraq, bu günü xüsusi bir sevinclə qeyd edir. Məqsədimiz balacaların informasiya tələbatını ödəmək, onları son illərdə müxtəlif nəşriyyatların rəngarəng, nəfis tərtibatla nəşr etdiyi uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizi aşılamaq, cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir. Sonra kitabxanaçı körpə fidanlara kitabla bağlı müdrik kəlamlar söylədi, “Qazların duası” nağılını oxudu. Kitab sərgisi ilə tanışlıq uşaqların böyük diqqət və marağına səbəb oldu.