SumgaitLibrary

+994 186520087


31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

31.03.2018-cil il tarixində M.Ə.Sabir adına kitabxana filialda xalqımızın tarixinin ağrılı və unudulmaz səhifələrindən biri 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Tarixin qanla yazılmış səhifəsi" adlı tədbir keçirildi. Tədbirdə 35 № li məktəbin tarix müəllimi Haqverdiyeva Aytəkin 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində erməni vandalları tərəfindən törədilən, qan yaddaşımızdan silinməyən iz buraxan qanlı cinayətlər, vəhşiliklər barədə geniş məlumat verdi. Şair, publisist Rəhilə Veysəlli tarixi mövzuda yazmış olduğu əsərləri barədə danışdı .,Oxuculardan Quliyev Qara, Novruzov Emin, Abuşova Təranə və başqaları zaman- zaman xalqımızın başına gətirilən faciələrdən söhbət açdılar .Tədbirin sonunda iştirakçılar soyqırıma həsr olunmuş sərgı ilə tanış oldular.