SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Səhərcik
15.03.2018-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 38 nömrəli tam orta məktəbinin 3C sinif şagirdlərinin iştirakı ilə Novruz bayramı münasibətilə “Gəl, gözəl bahar, coşsun arzular” adlı səhərcik keçirildi. Kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova tədbir iştirakçılarını salamlayaraq hamını bayram münasibətilə təbrik etdi, ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olan, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadan Novruz bayramının tarixinə qısa bir nəzər saldı, bayramaqədərki dörd ilaxır çərşənbələr haqqında ətraflı məlumat verdi. Uşaqlar Novruza, bahara aid şeirlər söylədilər, mahnılar ifa etdilər. Novruzla bağlı kiçik səhnəciklər göstərdilər, yumurta döyüşdürdülər, milli oyunlar, rəqslər ifa edərək bayram şənliyinə rəngarənglik qatdılar. Ənənəvi bayram personajları – Bahar qız, Kosa və Keçəl isə şənliyə toplaşanlara sevinc dolu bayram ovqatı ərməğan etdilər. Sonda Leyla Mahmudova uşaqları “Xoş müjdəli Novruzum” adlı kitab sərgisi, milli adət-ənənələrimizi əks etdirən “Novruz xonçası” ilə tanış etdi.