SumgaitLibrary

+994 186520087


AXC- 100

13.03.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində AXC-nin 100 illiyi ilə əlaqədar“Azərbaycan dünyam mənim” adlı ədəbiyyata açıq baxış keçirilmişdir. Uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova gün ərzində gələn oxuculara Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, Azərbaycan xalqının istiqlal mübarizəsindən, azadlıq hərəkatının görkəmli nümayəndələrindən bəhs etdikdən sonra AXC-nin 100 illiyi ilə əlaqədar təşkil edilmiş “İstiqlala gedən yol” adlı sərgidəki materiallar haqqında geniş məlumat verdi.